
“Partlayış baş verən plazada qaz olmayıb”.
Primeinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev deyib.
O bildirib ki, ərazidə yol təmir işləri gedir:
“Ərazidə böyük boru ilə magistral qaz xətti çəkilib. Burada işləyən traktorlar həmin xətti zədələyiblər. Sonra deyiblər ki, oranı yamayıblar.
Görünür ki, yaxşı yamamayıblar və binaya yeraltı qaz sızıb. Zirzəmiyə qaz toplanıb və səhər işçi işığı yandıranda partlayış baş verib”.