
Siyəzəndə itkin düşən 17 yaşlı yeniyetmə tapılıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən xəbər verilib.
Məlumata görə, Sənan Bəşir oğlu Bəşirov polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, dünən Siyəzəndə 17 yaşlı yeniyetmənin itkin düşməsi ilə bağlı məlumat yayılmışdı.
DİN-in Quba regional qrupundan bildirilmişdi ki, rayon sakini, 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.