
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan “C-130” tipli hərbi yük təyyarəsində şəhid olan 20 əsgərlə Ankarada Mürtəd Hava Bazasında vida mərasimi keçirilib.
Primeinfo.az “A Haber”e istinadən xəbər verir ki, şəhidlərin nəşləri dəfn olunmaq üçün mərasimdən sonra doğma yurdlarına yola salınıb.
***
10:24
Gürcüstanda qəzaya uğrayan “C-130” yük təyyarəsində həlak olan 20 hərbçi üçün Ankarada Mürted Hava Bazasında hərbi mərasim keçirilir.
Primeinfo.az-ın məlumatına görə, mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin komanda heyəti iştirak edir.
Qeyd edək ki, hərbçilərin 19-u bu gün dəfn ediləcək. Hava Pilot Yarbay Gökhan Korkmazın cənazəsi isə şənbə günü İstanbulda dəfn olunacaq.
Noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.
Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılmışdı. Təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.












