Ankaranın Respublika Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO
Ankaranın Respublika Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO
Ankaranın Respublika Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib. Primeinfo.az xəbər verir ki, mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” sosial media hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.
31 Mart – Azərbaycanlıların Soyqırımı günüdür