ABŞ sanksiyaların ləğvini müzakirə etməyə razılaşsa, İran nüvə sazişi bağlamaq üçün kompromisə hazırdır. Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi BBC-yə müsahibəsində bildirib. Məcid Taxt-Ravançi İranın 2015-ci ildəki nüvə sazişi çərçivəsində edildiyi kimi, 400 kq-dan çox yüksək zənginləşdirilmiş uranı ölkədən çıxarmağa razılaşıb-razılaşmayacağı sualına da cavab verib: “Danışıqlar zamanı nə baş verəcəyini söyləmək hələ tezdir”.
Ağ Evin bu il Sevgililər Gününə həsr etdiyi rəsmi sosial media paylaşımı romantik mesajlar əvəzinə siyasi istinadlar və gündəmdəki mövzularla diqqət çəkib və tənqidlərə səbəb olub. Primeinfo.az xəbər verir ki, Ağ Evin rəsmi hesabından “Yalnız sizin üçün hazırlanıb” şüarı ilə yayımlanan görüntülərdə Amerika Birləşmiş Ştatlarının daxili və xarici siyasətinə dair müxtəlif simvollar və personajlar əks olunub. Paylaşımda yer alan ilk kartlarda keçmiş Venesuela lideri Nikolas Maduronun tutulmasına istinad edən “Sən mənim ürəyimi fəth etdin” mesajı verilib.
“Mənə elə gəlir ki, İran məsələsi artıq həll olunub, sadəcə bunun rəsmiləşdirilməsi üçün zamana ehtiyac var. Düşünürəm ki, ABŞ İranın daxilindəki elitalarla ciddi danışıqlar aparır”.
Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, Kremlin danışıqların dəqiq tarixləri və yerini daha sonra açıqlayacağını qeyd edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisi Cənubi Amerika sahillərində toqquşub. Primeinfo.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” qəzeti ABŞ hərbi dairələrinin nümayəndəsinə istinadən məlumat yayıb. Məlumata görə, dənizdə yanacaq dolduran zaman “USS Truxtun” gəmisi “USNS Supply” təchizat gəmisi ilə toqquşub: “Toqquşma nəticəsində iki nəfər yüngül xəsarət alıb”.
“Google” şirkətinin “Gemini” süni intellekt modelinin rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilməsi ABŞ və Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilir. “Sevindirici Xəbər – “Google Gemini” artıq Azərbaycan dilində əlçatandır.
“ABŞ-nin tələbi SEPAH-I tamamilə ləğv etmək, onun korrupsiya yollarını bağlamaqdır”.
İran ötən ilin iyun ayında ABŞ və İsrailin hava zərbələrindən, həmçinin ötən ay baş verən kütləvi hökumət əleyhinə etirazlardan sonra üzləşdiyi təhdidləri dərk edir. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Financial Times”a verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp etirazlardan sonra İrana qarşı hərbi əməliyyat variantlarını nəzərdən keçirərək Yaxın Şərqdə ABŞ hərbi gəmilərindən ibarət armada yerləşdirib: “İran hökuməti başa düşür ki, ictimai narazılıqlar əsasən iqtisadi çətinliklərlə bağlı idi.
“Ermənistanla Rusiyanı Avrasiya İqtisadi İttifaqı inteqrasiya layihəsi birləşdirir. Çətin ki, kimsə Avrasiya İqtisadi İttifaqının Ermənistanın iqtisadi inkişafının yüksək artım tempinin qorunub saxlanmasında oynadığı rolu mübahisələndirə bilsin”. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ermənistanla ABŞ arasında iqtisadi və nüvə enerjisi saəsində əməkdaşlığa dair imzalanan razılaşmalara münasibət bildirərkən deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış edirlər.