Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ

ABŞ səfirliyi vətəndaşlarını İraqı tərk etməyə çağırıb

ABŞ səfirliyi vətəndaşlarını İraqı tərk etməyə çağırıb

ABŞ-ın Bağdaddakı səfirliyi İraqa səfərlə bağlı xəbərdarlığını yeniləyib. Primeinfo.az xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarını İraqa səfər etməməyə və orada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Eyni zamanda, səfirlik İranla əlaqəli silahlı qrupların ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumlar planlaşdırdığını bəyan edib.

Qalibafdan SENSASİON AÇIQLAMA: Atəşkəsdən 48 saat əvvəl nələr yaşanıb?

Qalibafdan SENSASİON AÇIQLAMA: Atəşkəsdən 48 saat əvvəl nələr yaşanıb?

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf vətəndaşlara müraciətində Tehranın asimmetrik müharibə şəraitində savadlı planlaşdırma və hazırlıq sayəsində düşməni dəf etdiyini bildirib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, spiker İranın hərbi güc, maliyyə və texniki imkanlar baxımından ABŞ-dan obyektiv şəkildə geri qaldığını, lakin bunun döyüş meydanında həlledici amilə çevrilmədiyini vurğulayıb. “Biz düşməni tamamilə məhv etmədik, lakin döyüş meydanında qələbə qazandıq.

Gizli hazırlıq ÜZƏ ÇIXDI: “İsrail İranda bu hədəfləri vuracaq”

Gizli hazırlıq ÜZƏ ÇIXDI: “İsrail İranda bu hədəfləri vuracaq”

İsrail mediasında yayılan son məlumatlar bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyini göstərir. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki,İsrail və ABŞ mümkün atəşkəsin qəfil pozulmasına qarşı artıq hazır vəziyyətə gətirilib. Məlumata əsasən, İsrailin hədəf seçmə mərkəzləri və hərbi kəşfiyyat strukturları İrandakı prosesləri fasiləsiz izləyir.

ABŞ blokadası Tehrana ağır iqtisadi zərbə vurur: 23 gəmi geri qaytarıldı

ABŞ blokadası Tehrana ağır iqtisadi zərbə vurur: 23 gəmi geri qaytarıldı

“ABŞ-nin blokadası nəticəsində İranın dəniz yolu ilə ticarəti tamamilə dayanıb”. Primeinfo.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Komandanlıq bildirib ki, İran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatının bloklanması davam edir.

Lukaşenko ABŞ ilə "böyük razılaşma"ya hazır olduğunu bildirib

Lukaşenko ABŞ ilə "böyük razılaşma"ya hazır olduğunu bildirib

“Belarus ABŞ ilə “böyük razılaşma”ya hazırdır, lakin onu elə hazırlamaq lazımdır ki, orada hər iki ölkənin maraqları nəzərə alınsın”. Primeinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko RT-yə müsahibəsində deyib. Belarus lideri vurğulayıb ki, ABŞ ilə razılaşmaya can atsa da, heç nəyi “yalvarıb almaq” fikrində deyil.

İran ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib

İran ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib

İran ABŞ Prezidenti Donald Trampın İranın hərbi-dəniz blokadasına dair bəyanatları səbəbindən ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib. Primeinfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İran mediası mənbəyə istinadən məlumat yayıb. “Trampın İranın hərbi-dəniz blokadası barədə bəyanatı, həmçinin danışıqlar zamanı amerikalıların tələblərinin həddindən artıq çoxluğu səbəbindən İran danışıqların növbəti raunduna hələ razılıq verməyib”, – mənbə bildirib.