Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Abbas Əraqçi

İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır

İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. Primeinfo.az xəbər verir ki,bu barədə “Al Jazeera” İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında verdiyi bəyanata istinadən məlumat yayıb. “İndi qərar Birləşmiş Ştatlara qalır”, – İranın XİN başçısı bildirib.

Əraqçi İranın ABŞ-ın təklifinə cavab verəcəyini bildirib

Əraqçi İranın ABŞ-ın təklifinə cavab verəcəyini bildirib

İran ABŞ-ın təklifinə bir neçə gün ərzində cavab verəcək. Primeinfo.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bu gün jurnalistlərə açıqlamasında İran-ABŞ danışıqlarının son vəziyyəti barədə danışarkən deyib. Əraqçi bildirib ki, danışıqlar prosesi davam edir və vasitəçilər tərəflər arasında mesaj mübadiləsi aparır.

Mirzoyan Əraqçi ilə görüşüb - VİDEO - YENİLƏNİB

Mirzoyan Əraqçi ilə görüşüb - VİDEO - YENİLƏNİB

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehrana səfəri zamanı iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. https://www.youtube.com/watch?v=ro1F7qbENQM

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Hörmüz boğazının yenidən açılması İranın şərtlərinin qəbul edilməsi və blokadanın aradan qaldırılması ilə şərtləndirilib. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri ölkədəki səfirlərlə görüşdə bildirib. “İran ixtilafların həll edilməsi və Amerika ilə mövcud münaqişələrə son qoyulması üçün “7 günlük plan” təqdim edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında mühüm diplomatik təşəbbüs irəli sürüb”, – Əraqçi xatırladıb.

Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib

Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan və onun iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub. Primeinfo.az TRT Haber-in xəbərinə istinadən xəbər verir ki, telefon söhbətində regional təhlükəsizlik məsələləri müzakirə edilib. Hələlik daha detallı məlumat verilməyib.

Fidan Əraqçi ilə Səudiyyəni müzakirə edib

Fidan Əraqçi ilə Səudiyyəni müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan Hörmüz boğazının tənzimlənməsi və Səudiyyə Ərəbistanına hücumları müzakirə etmək üçün iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, məlumatı TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yayıb: “Söhbət zamanı Hörmüz boğazı ilə bağlı təmaslar və regionda toqquşmalara son qoymaq məqsədilə davam edən danışıqlar müzakirə olunub. Səudiyyə Ərəbistanına hücumlarla bağlı da fikir mübadiləsi aparılıb”.

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.