İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar, lakin onun açılışı digər şərtlərdən də asılıdır. Primeinfo.az İran Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Abbas Əraqçi avqustun 8-i keçirilən mətbuat konfransında bildirib. “Omanla Hörmüz boğazının idarə edilməsinin hüquqi mexanizmi və gəmilərin hərəkət marşrutunun müəyyənləşdirilməsi üzrə danışıqlar davam edir.
İranın xarici işlər naziri Abbas Əraqçi avqustun 7-də Pakistana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistanın “The Nations” nəşri məlumat yayıb. Bildirilib ki, Əraqçi səfər çərçivəsində İslamabadda Pakistan rəsmiləri ilə görüşlər keçirəcək.
İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan və Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munirlə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı son regional hadisələr, eləcə də regionda gərginliyin və qeyri-sabitliyin artma riski müzakirə edilib. Əraqçi Amerika ordusu tərəfindən atıla biləcək addımlar barədə xəbərdarlıq edib və İranın milli suverenliyi, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə etməyə, eləcə də istənilən təxribata qətiyyətlə cavab verməyə tam hazır olduğunu vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski İranın ticarət gəmisinə hücum edərək bir dənizçinin ölümünə səbəb olub. Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb. O bildirib ki, bu addım BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və İsrailin Avropanı münaqişəyə cəlb etmək cəhdinə xidmət edir.
Hökumət Prezident Məsud Peşekianın çıxışının bir hissəsini kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edib. Primeinfo.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İslam Respublikası hökumətinin rəsmisi Fatimə Mühacirani bildirib. Onun sözlərinə görə, bu barədə xəbərdarlıqlar xalq arasında harmoniya və birlik yaratmaq, hər cür parçalanma, fikir ayrılığı və özgələşmənin qarşısını almaq üçün edilib.
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Qırğızıstana yola düşüb. Primeinfo.az-ın məlumatına görə, Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək. ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası sabah Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.
Abbas Əraqçinin açıqlaması məndə bəzi suallar yaradır. Türkiyənin İrana bu qədər yaxşılıq etdiyini deyirsiz, bəs Türkiyəyə niyə dron atdınız?
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ ilə danışıqlara yalnız hərbi cəbhədə strateji üstünlük əldə etdikdən sonra keçə biləcəyini bildirib. Primeinfo.az xəbər verir ki, Əraqçi bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb. Nazirin sözlərinə görə, müharibə ya hərbi qələbə, ya da danışıqlar yolu ilə başa çata bilər və danışıqlar üçün ən əlverişli vaxt döyüş meydanında etibarlı üstünlük qazanıldıqdan sonradır.
İsrailə İranın Ali Rəhbəri Əli Xamneyini öldürməyə imkan verən kəşfiyyat sızması böyük ehtimalla hələ də aradan qaldırılmayıb. Primeinfo.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib. Abbas Əraqçi deyib ki, fevralın 28-i səhər Prezident Məsud Pezeşkiana “müharibə ab-havasının hökm sürdüyünü” bildirib: “Fevralın 28-dən etibarən vəziyyət müharibəyə doğru gedirdi.
İranın xarici işlər naziri Abbas Əraqçi Qətərə səfərə yola düşüb. Primeinfo.az-ın xəbərinə görə, Abbas Əraqçi Qətərin sabiq Əmirinin vəfatı ilə əlaqədar başsağlığı vermək məqsədilə Dohaya gedib. İran XİN rəhbəri Qətər rəsmiləri ilə də görüşəcək.