İslamabad Anlaşma Memorandumu heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır. Primeinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X”-də bildirib. Nazir yekun razılaşma təsdiqlənənə qədər medianı fərziyyələrdən çəkinməyə çağırıb.
İran xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb. Abbas Əraqçi Hakan Fidanla ötən gecə ABŞ-ın İranın cənubuna hücumundan sonra regionda yaranmış son vəziyyəti müzakirə edib.
İran Silahlı Qüvvələri yalnız ABŞ tərəfindən İran ərazisinə qarşı hücumlar üçün istifadə olunan obyektlərə cavab zərbələri endirir. Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb. “Silahlı qüvvələrimiz özünümüdafiə çərçivəsində ABŞ-ın mülki gəmiçiliyə qarşı hücumlar və atəşkəs rejiminin pozulması üçün istifadə etdiyi obyektlərə zərbələr endirir”, – deyə Əraqçi bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin spikeri Məhəmmədbaqir Qalibafın Qətərə səfər etdiyinə dair xəbər təsdiqlənib. Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Bildirilib ki, İran nümayəndə heyəti Əraqçi və Qalibafın rəhbərliyi ilə Qətərə səfər edib.
İranın xarici işlər naziri Abbas Əraqçi viza problemlərinə görə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında iştirak edə bilməyəcək. Primeinfo.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib. “ABŞ vizaları ilə bağlı da problemimiz yaranıb.
İran xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorka dəvət olunub. Primeinfo.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. Bəqai Çinin BMT Təhlükəsizlik Şurasına dövri sədrliyi çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə dair xarici işlər nazirlərinin xüsusi iclasının keçiriləcəyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi Amerika Birləşmiş Ştatlarının öz vədlərinə əməl etmədiyini bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb. Diplomat Vaşinqtonun 2015-ci ildə imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasını və İslam Respublikasına qarşı əsassız aqressiyanın son dalğaları zamanı İsraillə həmrəylik nümayiş etdirməsini xatırladaraq, ABŞ-nin İran qarşısındakı öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayıb.
Tehran Vaşinqtona etibar edə bilməz və istənilən razılaşmadan əvvəl bütün məsələlər dəqiq şəkildə müəyyənləşdirilməlidir. Primeinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi brifinqdə jurnalistlərə bildirib. O, həmçinin bəzi qüvvələrin ABŞ-ı yenidən müharibəyə cəlb etməyə çalışdığını qeyd edib və diplomatik həllin vacibliyini vurğulayıb.
İranla münaqişənin heç bir hərbi həll yolu yoxdur və ABŞ bu reallığı qəbul etməlidir. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu xarici mətbuata müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “ABŞ və İsrail artıq ən azı iki dəfə bizi sınayıblar və nəticədə hərbi yolun işləmədiyini başa düşüblər”, – deyə o bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub. Primeinfo.az-ın məlumatına görə, Abbas Əraqçi və Hakan Fidan telefon danışığı zamanı regionda baş verən son hadisələri müzakirə ediblər.