
“Abbas Əraqçinin açıqlaması məndə bəzi suallar yaradır. Türkiyənin İrana bu qədər yaxşılıq etdiyini deyirsiz, bəs Türkiyəyə niyə dron atdınız? Bir tərəfdən Ankaraya minnətdarlıq edirlər, digər tərəfdən isə dron atılır və bu məntiqsizdir. Yəni, Əraqçinin açıqlaması həm də onun dolayısı ilə etirafıdır ki, İran idarəolunmaz vəziyyətdədir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi 40 günlük müharibəyə həsr olunmuş videokonfrans zamanı bildirib ki, Türkiyə PKK terrorçularının İraqın şimalından İran ərazisinə sızmasının qarşısının alınmasında fəal rol oynayıb və ölkənin parçalanmasına yönəlmiş ssenariləri pozub.
Davamı “Qırmızı masa”da: