Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: abş

Peskov: "Putin və Uitkoff sabah görüşəcək"

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş dekabrın 2-də günün ikinci yarısında keçiriləcək”. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Putinlə Uitkoffun görüşü sabaha planlaşdırılıb və günün ikinci yarısında keçiriləcək.

Tramp Venesuela ilə bağlı aviaşirkətlərə müraciət edib - FOTO

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı müraciət edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti sosial media hesbaıdna paylaşım edib. “Bütün aviaşirkətlərə, pilotlara, narkotik satıcılarına və insan alveri ilə məşğul olanlara müraciət edirəm — Venesuela üzərində və onun ətrafındakı hava məkanını tam bağlı hesab edin”, – paylaşımda deyilir.

ABŞ nümayəndə heyəti bu tarixdə Moskvaya səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin gələn həftə ABŞ nümayəndə heyətinin Moskvaya gələcəyini təsdiqləyib. Primeinfo.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Bişkekdə KTMT sammitinin yekunlarına dair mətbuat konfransında deyib. “Gələn həftə ABŞ nümayəndə heyəti Moskvaya gəlməlidir, heyətin kimlərdən ibarət olacağını isə Tramp (ABŞ Prezidenti Donald Tramp – red.) müəyyən edəcək”, – o bildirib..

Si Cinpin bu tarixdə ABŞ-a dövlət səfəri edəcək

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığının təfərrüatlarını açıqlayıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə o, “Truth Social” hesabında yazıb. “Mənim indicə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çox yaxşı telefon danışığım olub.

ABŞ Maduro hökumətini xarici terror təşkilatı kimi tanıdı

ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun hökumətini xarici terror təşkilatının üzvü kimi tanıyıb. Primeinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Bu, rejimin aktivlərinə və logistikasına qarşı əlavə sanksiyalar tətbiq etməyə imkan verəcək.

Ərdoğan: "Ədalətli sülh müqaviləsində uduzan olmayacaq"

Türkiyə Ukrayna ilə Rusiya arasında davamlı sülhə nail olmaq istiqamətində səylərə konstruktiv yanaşma sərgiləyir və İstanbuldakı danışıqlar zamanı əvvəllər nümayiş etdirdiyi mühüm rolu oynamağa hazırdır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrikada keçirilən G20 sammitində onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib. Türkiyə lideri xatırladıb ki, Ankara uzun müddətdir Ukraynada sülhün təməlini qoymaq üçün fəal səylər göstərir.

Avropa Trampın sülh planı ilə razılaşmadı

Avropanın aparıcı dövlətlərinin liderləri hesab edirlər ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planının (ABŞ Prezidenti Donald Trampın 28 maddəlik sülh planı – Qeyd) ən azı dörd bəndi dəyişikliklər tələb edir. Primeinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, ilk növbədə, onlar Rusiyanın Krım, Donbas və digər Ukrayna əraziləri üzərində suverenliyinin tanınması təkliflərindən narazıdırlar.

ABŞ, Avropa və Ukrayna nümayəndələri Trampın sülh planını müzakirə edəcək

Noyabrın 23-də İsveçrədə ABŞ, Avropa və Ukrayna nümayəndələrinin iştirakı ilə Prezident Donald Tramp tərəfindən irəli sürülmüş yeni sülh planının müzakirəsinə həsr olunmuş danışıqlar keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu DPA Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb. Tədbirlər çərçivəsində Ukrayna və ABŞ-nin yüksək vəzifəli nümayəndələri gələcək sülh sazişinin mümkün parametrlərini müzakirə edəcəklər.