Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ

Türkiyə və ABŞ prezidentləri regional və beynəlxalq məsələləri müzakirə ediblər

Türkiyə və ABŞ prezidentləri regional və beynəlxalq məsələləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. Qeyd edilib ki, dövlət başçıları telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə ediblər.

Avropa Parlamentindən ABŞ-a etiraz

Avropa Parlamentindən ABŞ-a etiraz

Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı hədələrindən sonra Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyası prosesini dondurub. “TodayBaku” xəbər verir ki, bu barədə AP-nin siyasi qrupları məlumat yayıb. “France-Presse” agentliyinin istinad etdiyi Sosial-demokratlar qrupunun (S&D) sədri İraçe Qarsia Peres bildirib ki, əksər siyasi qruplar 2025-ci ildə Aİ ilə ABŞ arasında bağlanmış ticarət sazişinin ratifikasiyasının dayandırılmasını dəstəkləyiblər.

ABŞ İran ətrafında hərəkətə keçdi

ABŞ İran ətrafında hərəkətə keçdi

ABŞ iki gündür İran ətrafında kəşfiyyat uçuşları həyata keçirir. Primeinfo.az xəbər verir ki, bu barədə “Flightradar24” məlumat verib. Məlumatda bildirilir ki, ABŞ-nin müxtəlif kəşfiyyat təyyarələri İran ətrafında uçuşlar həyata keçirir.

"İran Çinin neft çəlləyidir" - RƏY - VİDEO

"İran Çinin neft çəlləyidir" - RƏY - VİDEO

“Çinin sənayesini çökdürmək üçün neft çəlləyini partlatmaq lazımdır. Necə ki, Ukrayna Rusiyaya qarşı bunu edir, ABŞ də Çinin neft çəlləyini partlatmaq istəyir. Bunun da yolu İranı vurmaqdır”.

Tramp Qrenlandiya ilə bağlı bu ölkələrə tarif tətbiq etdi

Tramp Qrenlandiya ilə bağlı bu ölkələrə tarif tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın alınması ilə bağlı mübahisələr fonunda Avropanın 8 ölkəsinə qarşı kəskin iqtisadi sanksiyalar elan edib. Primeinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” platformasındakı paylaşımında qeyd edib. O, fevralın 1-dən etibarən Danimarka, Böyük Britaniya, Hollandiya, Norveç, Finlandiya, Fransa, Almaniya və İsveçdən gələn bütün mallara 10% tarif tətbiq olunacağını bildirib.

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ Maliyyə Nazirliyi Yəməndəki husilərlə əlaqədə və İrana məxsus neftin qanunsuz daşınmasında şübhəli bilinən şəxslərə qarşı sanksiyaları kəskinləşdirib. Primeinfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı ilə əlaqəli olan 21 fiziki və hüquqi şəxsi, habelə neft məhsullarının daşınmasında istifadə edilən bir tankeri sanksiya siyahısına əlavə edib. ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, bu addım İranın öz neft sərvətlərindən regional terrorçu qrupları maliyyələşdirmək üçün istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır.

İranda 800 nəfərin edam qərarı dayandırılıb

İranda 800 nəfərin edam qərarı dayandırılıb

“Trampın xəbərdarlıqlarından sonra İran 800 nəfərin edam qərarını dayandırıb”. Primeinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib. “Prezident və onun komandası İrana qətllərin davam edəcəyi təqdirdə ağır nəticələrə səbəb olacağını bildirib.

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirərək 11 şəxsə və 13 quruma məhdudiyyətlər tətbiq edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasında deyilir. Sanksiya tətbiq edilən vəzifəli şəxslər arasında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, eləcə də Luristan və Fars əyalətlərindəki regional polis rəisləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri var.