Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İranın enerji və bank sektorlarına, eləcə də ölkənin əsas şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 % rüsum tətbiq olunduğunu elan edib.

Qərar verildi: ABŞ yaxın saatlarda İranda hərbi əməliyyata başlaya bilər

Qərar verildi: ABŞ yaxın saatlarda İranda hərbi əməliyyata başlaya bilər

ABŞ senatoru Lindsi Qrem etiraf edib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı çox yaxın saatlarda başlaya bilər. Primeinfo.az Lent.az-a  istinadla bildirir ki, onun sözlərinə görə, qərar əsasən artıq verilib və hadisələrin sonrakı inkişafı fundamental seçimdən deyil, yalnız dəqiq hərəkət anından asılıdır. Qrem gözləmənin qısa müddətli ola biləcəyini açıqlayıb: “Bu, bu gecə (ABŞ-ın İrana hücumu) ola bilər.

Tramp İranı yenidən hədələdi : “Başı bəladadır”

Tramp İranı yenidən hədələdi : “Başı bəladadır”

“İranın başı bəladadır”. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerikanın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşündə İranla bağlı suala cavab verərkən bildirib. O, ölkədəki vəziyyətin ciddi olduğunu dilə gətirib: “İranda xalqın bəzi şəhərlərdə nəzarəti ələ keçirdiyi müşahidə olunur və bu, bir neçə həftə əvvəl mümkün görünmürdü”.

ABŞ Venesuela neftini daşıyan daha 15 tankeri təqib edir

ABŞ Venesuela neftini daşıyan daha 15 tankeri təqib edir

ABŞ Venesuela neftini daşıyan daha bir neçə tankeri təqib etməkdədir. Primeinfo.az xəbər verir ki, bu barədə NYT məlumat yayıb. Məlumata görə, söhbət ABŞ-ın blokadasını birgə yarıb keçərək, Venesuela sularını tərk edən 16 tankerdən ibarət iri gəmi qrupundan gedir.

Senatda Trampa qarşı səsvermə olacaq

Senatda Trampa qarşı səsvermə olacaq

ABŞ Senatının cümə axşamı Prezident Donald Trampın Venesuelaya qarşı daha çox hücum etmək qabiliyyətini məhdudlaşdıran qətnamə üzrə səsvermə keçirməsi gözlənilir. Primeinfo.az müharibə səlahiyyətləri haqqında qətnamə Trampın Venesuelaya yenidən hücum etməzdən əvvəl Konqresin təsdiqini almasını tələb edir. Qeyd edək ki, Demokratlar Partiyası Trampın Venesuelaya qarşı fəaliyyətinin gücləndirdiyi vaxtlarda bir neçə belə qətnamə qəbul etməyə çalışsalar da buna nail ola bilməyiblər.