“Biz gündəlik olaraq bütün tərəfdaşlarımızla kontaktlara davam edirik. Bu günün cədvəlində ABŞ-la Ukraynada müharibədən sonrakı dövrdə bərpa-quruculuq işləri və iqtisadi inkişafın müzakirə olunması var. Bununla birgə, biz 20 maddəlik əsas sənəd üzərində işimizi yekunlaşdırırıq.
ABŞ-nin Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı “Armenpress” agentliyi yayıb. Məlumata görə, səfərin məqsədi avqustun 8-də Ağ Evdə Ermənistanla Azərbaycan arasında sammit zamanı əldə olunan razılaşmalara dəstək verməkdir.
Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” bədii filminin ABŞ-ın kino sənayesinin mərkəzi – Hollivudun yerləşdiyi Los-Anceles şəhərində təqdimatı keçirilib. Mərkəzdən Primeinfo.az-a bildirilib ki, film şəhərin kino mütəxəssislərinin toplaşdığı tanınmış məkanlarından biri olan “Ross House”da Hollivudun film sənayesi nümayəndələri üçün nümayiş etdirilib. 100-dən çox qonağın iştirak etdiyi tədbirdə film nümayişindən sonra ekran əsərinin rejissoru Zaur Qasımlı ilə sual-cavab sessiyası təşkil olunub.
ABŞ Prezidenti Donald Tramp öz mətbuat katibi Kerolayn Livittin “pulemyot dodaqları”nı tərifləyib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. “Bu gözəl üz, bu dodaqlar, hansılar ki, dayanmırlar.
“ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasının dərc edilməsi Avropa İttifaqına (Aİ) qarşı siyasi müharibə elanıdır”.
ABŞ hakimiyyəti 2025-ci ilin yanvar ayından indiyədək immiqrasiya ilə bağlı olmayan 85 min vizanı ləğv edib. Primeinfo.az CNN-ə istinadən xəbər verir ki, bu göstərici ötənilki nəticələri iki dəfədən çox üstələyir. Ləğv olunanlardan 8 mini tələbə vizasıdır.
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun siyasi həyatının sayılı günləri qaldığını bildirib. Primeinfo.az xəbər verir ki, Tramp bu məsələyə “Politico”ya müsahibəsində toxunub. O, ABŞ qoşunlarının Venesuelaya daxil olub-olmayacağı ilə bağlı suala cavab vermək istəmədiyini deyib.
İtaliya, Türkiyə və ABŞ-ın hava və quru qoşunları arasında hərbi təlim keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb. Bildirilib ki, havadan müdafiə potensialının gücləndirilməsi məqsədilə hər üç ölkədən olan hava və quru qüvvələri İtaliyada hərbi təlim keçirib.
Dekabrın 29-da İsrailin Baş naziri və ABŞ prezidenti Donald Tramp arasında görüş baş tutacaq. Primeinfo.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Netanyahunun ABŞ-a bir neçə günlük səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
“Mən nə Rusiya, nə də Ukrayna tərəfdən bu müharibəni sülhə gətirəcək hansısa şərtin yetişdiyini görmürəm. Ortada mənasız danışıqlardan başqa heç nə yoxdur”.