Ukrayna üçün ABŞ-ın sülh planının ən həssas məqamları ərazilər, dondurulmuş Rusiya aktivləri və təhlükəsizlik zəmanətləridir. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Zelenski qeyd edib ki, Amerika və Ukrayna rəsmiləri arasında təmaslardan sonra yekunlaşan ABŞ-ın sülh planının bütün bəndlərini hələlik açıqlaya bilmir.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş təxminən beş saatdan sonra başlayacaq. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Vladimir Putin və Stiv Uitkoff Vaşinqtonla Kiyev arasında razılaşma ilə bağlı əldə edilən anlaşmaları müzakirə edəcəklər.
ABŞ Prezidenti Donald Tramp İsraili ərəb dövlətinin inkişafına mane olmamaq üçün Suriyanın yeni hakimiyyəti ilə dialoqu davam etdirməyə çağırıb. Primeinfo.az xəbər verir ki, o, bunu “Truth Social” şəbəkəsindəki hesabında yazıb. Tramp qeyd edib: “Çox vacibdir ki, İsrail Suriya ilə güclü və səmimi dialoqu davam etdirsin və heç nə Suriyanın firavan dövlətə çevrilməsinə mane olmasın.” O vurğulayıb ki, Vaşinqton administrasiyası Suriyada əldə olunan nəticələrdən məmnundur və bu ölkənin hökumətinin qarşıya qoyulan vəzifələri həyata keçirməsi üçün bütün səyləri göstərir.
“ABŞ prezidenti Donald Trampın Ağ evdə Suriyanın Prezidenti Əhməd Əl Şaraanı qəbul etməsi Türkiyənin çox böyük diplomatik qələbəsi idi”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində tədqiqatçı-alim Nazir Əhmədli bildirib. O, Türkiyə-İran münasibətlərini şərh edib.
“Hələ üzərində işləniləsi çətin məsələlər var”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşünün yekunlarından danışarkən bildirib. “Bizim nümayəndələr bu günlərdə Avropaya qayıdacaqlar və onlarla söhbətdən, həmçinin danışıqların tam hesabatından sonra gələcək fəaliyyətimizi müəyyən edəcəyik.
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş dekabrın 2-də günün ikinci yarısında keçiriləcək”. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Putinlə Uitkoffun görüşü sabaha planlaşdırılıb və günün ikinci yarısında keçiriləcək.
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı müraciət edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti sosial media hesbaıdna paylaşım edib. “Bütün aviaşirkətlərə, pilotlara, narkotik satıcılarına və insan alveri ilə məşğul olanlara müraciət edirəm — Venesuela üzərində və onun ətrafındakı hava məkanını tam bağlı hesab edin”, – paylaşımda deyilir.
ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəmizin gömrük işçilərinə narkotik vasitələri aşkar etməyə imkan verən texnika təqdim edildiyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin gələn həftə ABŞ nümayəndə heyətinin Moskvaya gələcəyini təsdiqləyib. Primeinfo.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Bişkekdə KTMT sammitinin yekunlarına dair mətbuat konfransında deyib. “Gələn həftə ABŞ nümayəndə heyəti Moskvaya gəlməlidir, heyətin kimlərdən ibarət olacağını isə Tramp (ABŞ Prezidenti Donald Tramp – red.) müəyyən edəcək”, – o bildirib..
“Ukrayna münaqişəsinin həlli üzrə razılaşmaya çox yaxınlaşmışıq”. APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Şükranlıq Günü ilə bağlı mərasimdə çıxışı zamanı bildirib. “Bu, asan deyil.