“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Bu barədə Primeinfo.az ADY-yə istinadən xəbər verir. Bakıdan Ağdama gedən reys səhər saat 07:10-da yola düşəcək.
8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir. “Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-a verilən məlumata görə, sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə reyslər təşkil ediləcək. Məlumata görə, 8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.
Əgər vətəndaş qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər.
29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilər.
Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. “Bu münasibətlə 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq.
AZCON Holding şirkətlərindən olan ADY sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 17% daha çox sərnişin daşıyıb. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, bu ilin 9 aylıq ümumi sərnişindaşıma göstəricisi isə keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.
28 sentyabrda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayıb. ADY-dən verilən məlumata görə, bu gündən ilk dəfə xəttə buraxılan müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərilir. Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına, saat 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncəyə, 09:48-də isə Ağstafaya çatır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 27 sentyabrda Bakı–Ağstafa, 28 sentyabrda isə Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər təşkil olunur. “Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda qeyd olunur.