Avropa İttifaqı (Aİ) Rusiyanın 2 məhkəmə hakiminə yeni sanksiyalar tətbiq edib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının rəsmi jurnalında dərc olunub. Belə ki, sanksiya siyahısına rusiyalı iki məhkəmə hakimi, prokuror, istintaqçı və dörd istintaq təcridxanasının rəhbəri daxil edilib.
İran Xarici İşlər Nazirliyi Avropa İttifaqına (Aİ) üzv ölkələrin hava və dəniz qüvvələrinin terror təşkilatı siyahısına salındığını açıqlayıb.
Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu siyahısına əlavə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının Mətbuat Xidməti məlumat yayıb.
Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasının fevralın 19-da keçiriləcək iclasında müşahidəçi statusunda iştirak edəcək. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçüsü Qiyyom Mersye jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Aİ Komissarı Dubravka Şuisa ABŞ-da baş tutacaq Sülh Şurasının iclasında müşahidəçi qismində iştirak edəcək: “Aİ iclasda Qəzzada atəşkəsin tətbiqi ilə bağlı uzunmüddətli öhdəliyimiz və həmçinin Qəzzada tikinti və müharibə sonrası bərpa işlərinə dəstək vermək məqsədilə beynəlxalq səylərə qatılmaq üçün iştirak edir”.
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziçin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. Primeinfo.az xəbər verir ki, Naxçıvan MR baş naziri Cabbar Musayev və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla keçirilən görüş zamanı Prezident İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla uzunmüddətli və faydalı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.
Avropa İttifaqı ölkələrinin Tehrandakı səfirlərinin hamısı İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Primeinfo.az xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi bugünkü brifinqdə deyib. O bildirib ki, Avropa İttifaqı ölkələrinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq Avropa ölkələrinin səfirlərinin XİN-ə çağırılması minimal addımdır və bu istiqamətdə əlavə tədbirlər görüləcək.
Avropa İttifaqı ölkələrinin hərbi attaşeləri İranı ən qısa müddətdə tərk etməlidirlər.
İran Avropa İttifaqı (Aİ) ölkələrinin silahlı qüvvələrini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı oxşar tədbirin cavabı olaraq terror təşkilatlarının siyahısına daxil edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İranın təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmisi Əli Laricani “X”də yazıb. “Avropa İttifaqı, şübhəsiz ki, İran parlamentinin qətnaməsinə uyğun olaraq, SEPAH-a qarşı Aİ-nin son qətnaməsində iştirak edən ölkələrin ordularının terror təşkilatları hesab ediləcəyini bilir.
Avropa İttifaqı (Aİ) İslam İnqilabı keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında bildirib. “Repressiyalar cavabsız qala bilməz.
Macarıstanın Kiyevdəki səfiri Ukraynanın Xarici İşlə Nazirliyinə çağırılıb. Orada ona Macarıstanın Kiyevin maliyyələşdirilməsinin dayandırılmasına dair çağırışlarına etiraz notası təqdim olunub. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici Ticarət Əlaqələri Nazirliyinin rəhbəri Peter Siyarto bəyan edib.