Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Aİ

Azərbaycanla Aİ iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında iqtisadi əlaqələrin inkişafı və mövcud potensialın reallaşdırılması məsələləri müzakirə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüş keçirdik.

Azərbaycan-Aİ əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib - FOTO

15 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Xarici İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının cari vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. Bildirilib ki, Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s.

Ukraynaya yardımın ümumi məbləği açıqlandı

Avropa İttifaqı (Aİ) Ukraynaya 90 milyard avroluq yeni kredit istisna olmaqla, 193 milyard avro yardım ayırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen “X” sosial şəbəkəsində məlumat verib. “Biz artıq 193 milyard avro maliyyə, hərbi və humanitar yardım göstərmişik.

Aİ Venesuelaya qarşı sanksiyaları uzatdı

Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Bu barədə Primeinnfo.az Aİ-nin bəyanatına istinadən xəbər verir. Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var.

Aİ Yunanıstanın təkliflərini geri göndərib

Avropa İttifaqının 150 milyard avro büdcəyə malik yeni müdafiə təşəbbüsü (Security Action for Europe – SAFE) çərçivəsində Yunanıstanın təqdim etdiyi təkliflər düzəlişlər edilməsi üçün geri qaytarılıb. Primeinfo.az xəbər verir ki, Aİ-nin rəsmi nümayəndəsi Toma Renye qeyd edib ki, bu, adi təcrübədir və bunda hər hansı bir gizli məna axtarmaq lazım deyil. “Biz dekabrın 1-də Aİ dövlətlərindən 19 milli planın daxil olduğunu təsdiq etdik”, – o deyib.

XİN: Aİ–Ermənistan sənədində TRIPP layihəsinə istinadın olmaması narahatlıq doğurur

Aİ–Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərhində bildirilib. “Bu hal Ermənistanın Vaşinqtonda Baş nazirləri tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır”, – şərhdə qeyd olunub.

Aİ-dən İlon Maska sərt reaksiya: Sərsəm bəyanatları paylaşmaq...

Avropa İttifaqı sahibi olduğu “X” platformasının cərimələnməsinə qarşı çıxan İlon Maska cavab verib. Primeinfo.az xəbər verir ki, blok platformanın qanuna uyğun əməl etmədiyini təkrarlayıb. “İcazə verin deyim ki, tamamilə sərsəmcəsinə söylənilən bəyanatları paylaşmaq da söz azadlığının bir hissəsidir”, – Aİ sözçüsü Paula Pinho bildirib.

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

G7 ölkələri və Avropa İttifaqı (Aİ) Rusiyadan dəniz yolu ilə neft daşımalarına tam qadağa tətbiqinin mümkünlüyünü nəzərdən keçirir. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Hazırda Rusiyadan çıxarılan neftin üçdə birindən çoxu Qərb tankerləri vasitəsi ilə əsasən Hindistan və Çinə daşınır.

Aİ: Ermənistanla əməkdaşlıq regionda sülhə töhfə verəcək

Avropa İttifaqı (Aİ) Ermənistanla energetika, mobillik və rəqəmsal infrastrukturun inkişafı sahələrində əməkdaşlığı Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə kimi nəzərdən keçirir. Primeinfo.az xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın iştirak etdiyi mətbuat konfransında bildirib. O, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərindən danışarkən onların keçirilməsinin daxili sabitlik və islahatların gedişatı üçün həlledici əhəmiyyət daşıyacağını vurğulayıb: “İyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək.