“Tramp marşrutu” (TRIPP) layihəsinin icrası ABŞ və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsaslanır və Aİ bu məsələyə daha geniş regional əlaqəlilik çərçivəsində baxaraq ABŞ-la danışıqlar aparır.
Avropa Komissiyasının Kollegiyası bu gün Avropa İttifaqında hərbi mobilliyin artırılması və qoşunların, texnikanın sürətli və maneəsiz hərəkətini təmin etmək üçün “hərbi çeviklik” üzrə təkliflər paketini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu bardədə “Evropeyskaya Pravda” məlumat yayıb. Təkliflər paketini Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təqdim edib.
Avropa İttifaqı Şurası üçüncü ölkə vətəndaşlarının qısamüddətli səfərləri üçün vizasız rejimin dayandırılması mexanizminin yenilənməsini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunur. Məlumata əsasən, dəyişdirilmiş qaydalar Aİ-yə vizasız rejim təyinatına uyğun istifadə olunmadıqda və ya İttifaqın maraqlarına zidd olduqda daha sürətli və qətiyyətli reaksiya verməyə imkan yaradacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı yeni səfiri Mariyana Kuyundziç ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə Dini Komitənin sədri Azərbaycanda multikulturalizmə əsaslanan dövlət siyasəti, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə səfirə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dini sahədə görülən işlər ölkədə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin qorunub saxlanılmasına xüsusi önəm verildiyini göstərir.
Avropa İttifaqı avqust ayında Azərbaycan və Ermənistan arasında əldə edilən müsbət irəliləyişdən çox məmnundur. Primeinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Avropa İttifaqının “Aİ və Gənclər: Dayanıqlı Gələcək Naminə” adlı tədbirində çıxışı zamanı deyib. O, gənclərin həm öz ölkələrinin, həm də dünyanın gələcəyi olduqlarını vurğulayıb: “Dayanıqlı gələcəyin qurulmasında təhsilin çox böyük rolu var.
Avropa İttifaqı və Azərbaycan arasında əlaqələr gücləndirilir, insanlar arasında körpülər yaradılır. Primeinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç qurumun “Aİ və gənclər: dayanıqlı gələcək naminə” mövzusunda keçirdiyi tədbirdə çıxışı zamanı deyib. O, insanlar arasında körpü yaratmağa çalışdıqlarını da bildirib: “Son bir neçə ay ərzində bizim təhsilə həsr olunan bir neçə tədbirimiz təşkil olunub.
Avropa İttifaqı Türkiyəyə ilk hərbi müşavir təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə mənbələr “Middle East Eye”a bildirib. Qeyd edilib ki, Avropa İttifaqı bu ayın əvvəlində ilk dəfə olaraq Türkiyədəki missiyasına hərbi müşavir təyin edib.
Brüssel Gürcüstan hökuməti ilə dialoqdan imtina siyasəti aparır. Primeinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib. Onun sözlərinə görə, Gürcüstanın Avropa İttifaqının (Aİ) genişlənmə sammitinə dəvət olunmaması həmin siyasətin davamıdır.
Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. Primeinfo.az xəbər verir ki, görüş zamanı bununla bağlı xarici işlər naziri Ceyhun Bayramovun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşündə müzakirə aparılıb. Görüşdə Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s.
Gürcüstanda dinc etirazlara qarşı güc tətbiq edən rəsmilərə sanksiya tətbiq edilə bilər. Primeinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas deyib. “Biz Gürcüstanda dinc nümayişçilərə güc tətbiq edən yüksək rütbəli dövlət məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çalışırıq.