Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Aİ

Aİ Ukraynaya 1,8 milyard avro ayırdı

Avropa İttifaqı Şurası (Aİ) “Ukraine Facility” proqramı çərçivəsində Kiyevə 1,8 milyard avrodan çox məbləğdə beşinci maliyyə tranşının ayrılmasını təsdiqləyib. Primeinfo.az Avropa bürosunun Aİ-yə istinadən verdiyi məlumata görə, Ukrayna ödənişin alınması üçün zəruri şərtləri yerinə yetirib.

Ermənistan Aİ-dən viza planını alacaq

Ermənistan yaxın günlərdə Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Planını alacaq. Primeinfo.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu daxili işlər naziri Arpine Sarqsyan bildirib. O, biometrik pasport sisteminin tətbiqi ilə bağlı danışarkən qeyd edib ki, bu istiqamətdə işlər davam edir: “Yeni biometrik pasportların və şəxsiyyət vəsiqələrinin istehsalı 2026-cı ilin ikinci yarısında başlayacaq”.

Ərdoğan: "Almaniya Türkiyənin Avropadakı ən böyük ticarət tərəfdaşıdır"

Türkiyə Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər.  Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Kansleri Merzlə görüşdən sonra birgə mətbuat konfransında bildirib.  O qeyd edib ki, Türkiyə Brüsselin Ankaranın bu məsələdə qətiyyətini düzgün qiymətləndirməsi ilə Aİ-nin tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər. 

Ukrayna Prezidenti: Atəşkəs planı üzrə görüşlər bu həftə baş tutacaq 

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin sonunda Ukrayna və Avropa rəsmilərinin atəşkəs planının təfərrüatlarını müzakirə etmək üçün görüşəcəklərini açıqlayıb.  Primeinfo.az “Əl-Ərəbiyyə” kanalına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.  “Bu, müharibəyə (Rusiya-Ukrayna – red.) son qoymaq planı deyil.

Aİ Ukraynaya görə qaydaları dəyişəcək

Avropa İttifaqı yeni üzvlərin qəbul qaydalarını sadələşdirməyi nəzərdən keçirir. Bu addım Ukraynanın Aİ-yə inteqrasiyasını sürətləndirə bilər. Primeinfo  APA-ya istinadən xəbər verir ki, “Politico”nun diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, təkliflərdən biri yeni ölkələrin əvvəlcə Aİ-yə səsvermə hüququ olmadan qoşulmasını nəzərdə tutur.

Prezident Aİ-nın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib. Primeinfo.az xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi.

Aİ Azərbaycana 23 milyon avro ayıracaq

Aİ Cənubi Qafqazda sülh və sabitliyə sadiqliyini təsdiqləyib Avropa İttifaqı Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Azərbaycan və Ermənistan səfərlərinin nəticələrinə dair bəyanatında qeyd edilib. Normallaşma prosesinə dəstək: Ermənistan-Azərbaycan münasibətləri gündəmdə Marta Kos səfəri zamanı Aİ-nin Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib, Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə dəstəyi vurğulayıb.