Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

ABŞ Azərbaycandan Qəzza ilə bağlı xahiş edib

ABŞ Azərbaycandan Qəzzada “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib. Primeinfo.az xəbər verir ki, bu barədə “AnewZ” öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Bakı bununla bağlı hələ son qərar verməyib.

Azərbaycanda zəlzələ baş verdi

Şirvanda zəlzələ olub Primeinfo.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Qeyd olunub ki, maqnitudası 3, dərinliyi 21 km olan təkanlar Şirvan stansiyasından 33 km şərqdə qeydə alınıb.  

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşüb 

Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb.  Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, görüşdə beynəlxalq parlament konfransının əhəmiyyətindən bəhs olunub, konstitusiyanın dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsində, cəmiyyətin inkişafında, siyasi sabitliyin təmin edilməsində, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynadığı vurğulanıb.  Söhbət zamanı qeyd olunub ki, Azərbaycanın qazandığı tarixi Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Azərbaycan Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirilib - FOTO

Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlim keçirilib.  Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Serbiyada keçirilən taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edilib.  NORA B-52 artilleriya qurğularından atəş təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib, qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.