Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Azərbaycan əhalisi artır

Azərbaycan əhalisi artır

2024-cü ildə ölkə əhalisinin sayı 44 100 nəfər, 2025-ci ildə isə 37 min 462 nəfər artıb. Bu da o deməkdir ki, son iki ildə ölkə əhalisi ümumilikdə 81 562 min nəfər artıb. Primeinfo.az-ın Nazirlər Kabinetinin hesabatlarından əldə etdiyi məlumatlara görə, 2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102,3 min körpə doğulub.

Hikmət Hacıyev: "Azərbaycan regional dəhlizləri inkişaf etdirir"

Hikmət Hacıyev: "Azərbaycan regional dəhlizləri inkişaf etdirir"

Azərbaycan coğrafi mövqeyinə görə Şimal və Cənub, Şərq və Qərb arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumunda Orta Dəhlizlə bağlı keçirilən panel müzakirədə bildirib. O qeyd edib ki, Azərbaycan regional dəhlizlərə investisiyalar yatırır: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ölkəmiz regional dəhlizləri inkişaf etdirir.

Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb

Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb

Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb. Primeinfo.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen “X” hesabında bildirib. O qeyd edib ki, diplomatların təhlükəsizliyinə artan risklər səbəbindən səfirliyin müvəqqəti olaraq Tehrandan Bakıya köçürülməsi ilə bağlı qərar verilib.

Hakan Fidan həmkarları ilə regionda gərginliyin azalması üçün addımları müzakirə edib

Hakan Fidan həmkarları ilə regionda gərginliyin azalması üçün addımları müzakirə edib

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və cənubi koreyalı həmkar Ço Hyunla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Türkiyə XİN-in sosial media hesabında paylaşılıb. Bildirilib ki, telefon danışıqları zamanı regionda davam edən gərginliyin azaldılması üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan: "İranın hücumu ilə bağlı xəbərdarlıq etdik"

Ərdoğan: "İranın hücumu ilə bağlı xəbərdarlıq etdik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Türkiyə ərazisinə atdığı raketlə bağlı Ankaranın mövqeyini bir daha açıqlayıb. Primeinfo.az xəbər verir ki, Ərdoğan bu barədə çıxışında danışıb. O bildirib ki, baş verən hadisə ilə bağlı Türkiyənin həssas mövqeyi açıq şəkildə qarşı tərəfə çatdırılıb.

Səudiyyə Ərəbistandan 193, BƏƏ-dən isə 257 Azərbaycan vətəndaşı təxliyə edilib

Səudiyyə Ərəbistandan 193, BƏƏ-dən isə 257 Azərbaycan vətəndaşı təxliyə edilib

Hərbi eskalasiya başlayan ilk gündən etibarən bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir, vətəndaşlarımıza müvafiq dədtək göstərilməsi istiqamətində tədbirlər görülür. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyəsi ilə bağlı yerli mətbuatın sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, indiyə qədər, bir nəfər istisna olmaqla vətəndaşlarımız arasında xəsarət alan olmayıb.