Hikmət Hacıyev: "Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlərə malikdir"
Hikmət Hacıyev: “Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlərə malikdir”
Hikmət Hacıyev: “Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlərə malikdir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Aprelin 27-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Daha sonra Zəfər parkı ziyarət olunub və Zəfər abidəsinin önünə əklil qoyulub.
Tanınmış erməni bloger və jurnalist Natali Aleksanyan Azərbaycan dövlətinə müraciət edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Natali Aleksanyan rəsmi Bakıdan Qarabağda çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən və buna görə müxtəlif müddətə azadlıqdan məhrum edilən erməniləri heç bir halda həbsdən buraxmamağa çağırıb. Natali Aleksanyan bunu Azərbaycanın 2026-cı ilin yanvarında həbsdən azad etdiyi cinayətkar Vaqif Xaçatryanın timsalında yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycandan 11 yardım paketi aldıqlarını, bu yardıma görə Azərbaycana təşəkkür edib.
Azərbaycanda zəlzələ olub. Primeinfo.az xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.3 olub.
Latviya Prezidenti Azərbaycandadır
Bu ilin yanvar-mart aylarında xarici ölkələrə 452,6 min nəfər Azərbaycan Respublikası vətəndaşı gedib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azdır. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çox), 15,6 faizi Rusiya Federasiyasına (4,0 faiz az), 10,2 faizi Gürcüstana (11,0 faiz az), 9,3 faizi İrana (15,8 faiz az), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz az) gedib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
İrlandiya parlament nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Mak Kormakın başçılıq etdiyi İrlandiya parlament nümayəndə heyəti bu gün Bakıda Zəfər parkında olub.
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb. Primeinfo.az xəbər verir ki, bunlar “Skynet” MMC və “Robonet” MMC-lərdir. Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib.