İyunun 5-də İspaniya Krallığının paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib. Məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayəndə heyətinə isə Xaricdəki ispanlar və Konsulluq İşləri Baş idarəsinin rəisi Karolina Alvares rəhbərlik edib.
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki , bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur. Hesabat dövründə Azərbaycan Rusiyadan 933 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 65 % çox) 4 min 883 ton (+2,1 dəfə), Qazaxıstandan 61,2 min ABŞ dolları dəyərində 490 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 27,4 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 28,1 ton (+9 dəfə) və Hindistandan 29,42 min ABŞ dolları dəyərində 35,7 ton kömür alıb.
Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Cənab Prezident. Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransından Azərbaycan liderinə TƏBRİK
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “X” hesabında məlumat verilib. “Tərəfdaşlığımızın 30 illiyini qeyd etdiyimiz vaxtda Aİ və Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini ilkin olaraq yekunlaşdırdı və yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edildi.
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı səfir Norman etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC ilə müqavilə bağlayıb. Primeinfo.az xəbər verir ki, yarımorta çəki dərəcəsində çıxış edən idmançı dünyanın ən nüfuzlu qarışıq döyüş növləri təşkilatı ilə rəsmi müqaviləyə imza atıb. MMA-da 21 qələbə və 3 məğlubiyyətdən ibarət göstəriciyə malik olan Tahir Abdullayev UFC-də ilk döyüşünə iyunun 27-də çıxacaq.
Böyük Britaniyanın Baş naziri Kir Starmer 31-ci “Bakı Enerji Həftəsi”nə məktub göndərib. Primeinfo.az xəbər verir ki, məktubu Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Devid Rid oxuyub. Məktubda deyilir: “Hörmətli Prezident Əliyev.
Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. Primeinfo.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəzi Asiyadan gələnlərin sayı 17,6 % artaraq 46 min 334 nəfər, Şimali-Şərqi Asiyadan gələnlərin sayı 17,9 % artaraq 11 min 679 nəfər, Cənub-Şərqi Asiyadan gələnlərin sayı isə 30,5 % azalaraq 2 min 802 nəfər olub.