Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq. Primeinfo.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
İyunun 19-da İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının son günündə İİB-nin Müdirlər Şurasına sədrlik Azərbaycan Respublikasından Burkina Fasoya təhvil verilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali himayəsi altında keçirilən İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan tədbirdə İİB Qrupuna daxil olan qurumların fəaliyyətinin strateji istiqamətləri, əldə olunmuş nəticələr və qarşıdakı dövr üzrə prioritetlər nəzərdən keçirilib. Müzakirələr zamanı inklüziv iqtisadi inkişafın təşviqi, dayanıqlı maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsi və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüşündən sonra Azərbaycan Prezidentinin iştirakı ilə “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” layihəsi üzrə Kredit sazişi imzalanıb. Primeinfo.az xəbər verir ki, həmçinin, imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında “Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu” mübadilə olunub.
15 İyun – Azərbaycanda Milli Qurtuluş günüdür.
Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsini bu ölkənin Prezidenti Xose Mariya Balkasar Zeladaya təqdim edib.
Küveyt Dövlətinin səhiyyə naziri Əhməd Abdulvahab Əl-Əvadi ilə Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimov arasında görüş keçirilib.
Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu. Zati-aliləri.
2026-cı il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, ölkənin xarici dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 8% azalıb.
Hər müharibə çox ciddi riskləri özündə ehtiva edir və onu bir coğrafiya və ya qaydalar daxilində proqnozlaşdırmaq mümkünsüzdür. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan dövləti hər zaman savaşın dayandırılması, onun diplomatik həllinin tapılması, ən azından ilkin mərhələdə atəşkəsin əldə edilməsi, daha sonra davamlı sülhə nail olunması üçün addımların önəmini qeyd edir: “Biz bu gün Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsinə şahid oluruq, bunun faciəvi təsirlərini izləyirik.