Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, sənəd 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanıb.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində qarlı və küləkli hava şəraiti müşahidə olunub. Bildirilib ki, şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.
ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib. Primeinfo.az xəbər verir ki, mətndə göstərilir ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən bu yana ABŞ və onun tərəfdaşları üçün möhkəm müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib. Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub.
Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub. Primeinfo.az xəbər verir ki, Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkənin hərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-də keçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcək fəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. “Sülh Qalxanı – 2026” təlimində icra olunacaq tapşırıqlarla bağlı brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Ermənistanda Azərbaycandan göndərilən benzinin aşağı qiymətlə satılması ilə bağlı yayılan müzakirələrə rəsmi münasibət bildirilib.
Roma Papası XIV Leonun Azərbaycana səfəri məsələsi gündəlikdədir. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda katolik kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bildirib. Din xadimi səfərin gələn il reallaşacağı ehtimalının az olduğunu bildirib.
“Bu gün Qafqaz regionunun bəyi bizik – azərbaycanlılar! Türk dünyasının “qızıl körpüsü” bizik. Bizsiz türk dünyası yoxdur.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 1,040 milyard ABŞ dolları təşkil edib. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 399,5 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.
Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Rumıniyaya 559,7 milyon ABŞ dolları dəyərində 1,043 milyon ton həcmində bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 191,1 milyon dollar və ya 51,8 , həcm baxımından isə 419 min ton və ya 67,1 faiz artıb.