Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Azərbaycan və Laos arasında ilk siyasi məsləhətləşmələr keçirilib - FOTO

Azərbaycan və Laos arasında ilk siyasi məsləhətləşmələr keçirilib - FOTO

8-9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdə olub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, səfər zamanı, Azərbaycan-Laos Xarici İşlər Nazirlikləri arasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Laos Xalq Demokratik Respublikasının xarici işlər nazirinin müavini Maytonq Tammavonqsanın həmsədrliyi ilə ilk siyasi məsləhətləşmələr keçirilib. İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinə cəhd olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriy­­­yəsinə qarşı keçirilən mübarizə tədbirləri nəticəsində 30 kiloqram 596 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Noyabrn 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.

Nazirlik süni intellekt əsaslı yeni həll təqdim etdi

Nazirlik süni intellekt əsaslı yeni həll təqdim etdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri yaxın zamanlarda kifayət qədər də effektiv işləyə biləcək süni intellekt həlli təqdim edib. Primeinfo.az xəbər verir ki, bunu nazir müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib. Onun sözlərinə görə, qanunvericilik sahəsi, o cümlədən hüquq sahəsi kifayət qədər böyük məlumatlar toplusudur: “Hazırda qanunvericilik bazasına əsaslı süni intellekt dəstəkli axtarış sisteminin 30 minə yaxın istifadəçisi var.

Ərdoğanın müavini Azərbaycana səfər edəcək

Ərdoğanın müavini Azərbaycana səfər edəcək

Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyindən (MÜSİAD) məlumat verilib. Cövdət Yılmazla yanaşı, Türkiyənin ticarət naziri Ömər Bolatın da Azərbaycana gəlməsi ehtimal olunur.

Şeyx: "Erməni kilsəsi və diasporu sülh prosesini pozmağa çalışır"

Şeyx: "Erməni kilsəsi və diasporu sülh prosesini pozmağa çalışır"

Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırki vəziyyətdə erməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır. Primeinfo.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O xatırladıb ki, dini liderlərin Uca Yaradan qarşısında mənəvi missiyası sülhə xidmətdir.

Azərbaycanın Çexiyadakı səfirliyi vətəndaşlarla görüşüb -  FOTO

Azərbaycanın Çexiyadakı səfirliyi vətəndaşlarla görüşüb -  FOTO

Azərbaycanın Çexiyadakı səfirliyi Karlovı Varıdakı fəxri konsulla birlikdə kurort şəhərində yaşayan həmvətənlərimizlə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə səfirlik “X”dəki rəsmi səhifəsində məlumat yayıb. Görüş zamanı vətəndaşları maraqlandıran məsələlər, eləcə də onların üzləşdiyi problemlər müzakirə olunub.

Azərbaycan və Böyük Britaniya hərbi əməkdaşlığı müzakirə edib - FOTO - VİDEO

Azərbaycan və Böyük Britaniya hərbi əməkdaşlığı müzakirə edib - FOTO - VİDEO

Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Birləşmiş Krallığın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad edib. Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığını bildirib.