
Bu ilin yanvar-mart aylarında xarici ölkələrə 452,6 min nəfər Azərbaycan Respublikası vətəndaşı gedib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azdır.
Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çox), 15,6 faizi Rusiya Federasiyasına (4,0 faiz az), 10,2 faizi Gürcüstana (11,0 faiz az), 9,3 faizi İrana (15,8 faiz az), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz az) gedib.
Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
Cari ilin I rübündə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69 faizi hava, 29 dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.