
Ermənistanın cənub-şərqində yerləşən Vayots Dzor vilayətində çaylar məcrasından çıxa bilər.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistan Hidrometeorologiya və Monitorinq Mərkəzi bildirir ki, Arpaçaya sel gəlməsi ehtimalı yüksəsk qiymətləndirilir.
Güclü yağış və qarın əriməsi səbəbindən Ermənistanda əksər çaylarda suyun səviyyəsinin 20-21 aprel tarixlərində əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Xatırladaq ki, Araz çayının qolu sayılan Arpaçay mənbəyini Naxçıvanda götürür.