Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Ekvador Azərbaycana yeni səfir təyin edib

Ekvador Azərbaycana iqamətgahı Ankarada olacaq yeni səfir təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna Ekvadorun bu ölkədəki səfirliyindən bildirilib. Oktyabrın 22-də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ekvadordan olan həmkarı Pedro Xose Vintimilla Veqanı ofisində qəbul edib.

Pakistan qırıcıları Azərbaycana təlim üçün gətirilibmiş - VİDEO 

Türkiyə mediası Pakistan qırıcılarının Azərbaycana gətirilməsinə dair öz məlumatlarını təkzib edib. Primeinfo.az xəbər verir ki, əvvəlcə “Azərbaycan Pakistandan “JF-17 Thunder Block III” döyüş təyyarələrinin ilk partiyasını alıb” xəbərini yayan Türkiyə KİV-i sonradan məlumatı dəyişib. Bildirilib ki, JF-17 Blok III döyüş təyyarələri əslində Pakistan Hərbi Hava Qüvvələrinə məxsusdur və “Hind Qalxanı Alpha” birgə təlimi üçün Azərbaycanda müvəqqəti yerləşdirilib.

Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər

Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlər İndoneziya, Azərbaycan və Pakistandır. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-dan olan anonim hərbi rəsmi “Politico”ya bildirib. Onun sözlərinə görə, Qəzzada vəziyyətin stabilləşməsində iştirak edəcək bu qüvvələrin formalaşdırılması haqqında danışıqlar gedir və hələlik heç bir ölkə qəti vəd verməyib.

Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verildi

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycanla bağlı saxta xəbər yayan türk musiqiçi saxlanıldı - FOTO

Azərbaycanla bağlı dezinformasiya yayan türkiyəli musiqiçi Tuğberk Işık hava limanında saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında paylaşıb. Bildirib ki, dünən axşam İspaniyaya getmək üçün gəldiyi hava limanında saxlanılıb və ifadə vermək üçün şöbəyə aparılıb.