Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

BMTM rəhbəri: Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır

Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu kampaniya əvvəllər Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı idisə, indi Yaxın Şərqdəki proseslərlə əlaqədardır: “Bu mənada, Yaxın Şərqdə gedən geosiyasi proseslərə müəyyən hazırlıqlar görülməlidir.

Aİ Azərbaycana 23 milyon avro ayıracaq

Aİ Cənubi Qafqazda sülh və sabitliyə sadiqliyini təsdiqləyib Avropa İttifaqı Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Azərbaycan və Ermənistan səfərlərinin nəticələrinə dair bəyanatında qeyd edilib. Normallaşma prosesinə dəstək: Ermənistan-Azərbaycan münasibətləri gündəmdə Marta Kos səfəri zamanı Aİ-nin Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib, Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə dəstəyi vurğulayıb.

2600 manat müavinət kimlərə ödəniləcək və necə müraciət etmək olar?

Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib.