Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Rusiya Azərbaycanın notasına cavab verdi

Azərbaycanın Kiyevdəki səfirliyinə hücum etmək niyyətimiz olmayıb. “İsgəndər” raketi yalnız hava hücumundan müdafiə zamanı diplomatik nümayəndəliyin ərazisinə düşə bilərdi. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib .

Aİ səfiri: "Bakı–İrəvan arasında müsbət dinamikanı alqışlayırıq"

Avropa İttifaqı avqust ayında Azərbaycan və Ermənistan arasında əldə edilən müsbət irəliləyişdən çox məmnundur. Primeinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Avropa İttifaqının “Aİ və Gənclər: Dayanıqlı Gələcək Naminə” adlı tədbirində çıxışı zamanı deyib. O, gənclərin həm öz ölkələrinin, həm də dünyanın gələcəyi olduqlarını vurğulayıb: “Dayanıqlı gələcəyin qurulmasında təhsilin çox böyük rolu var.

Aİ səfiri: “Azərbaycanla insanlar arasında körpülər qururuq”

Avropa İttifaqı və Azərbaycan arasında əlaqələr gücləndirilir, insanlar arasında körpülər yaradılır. Primeinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç qurumun “Aİ və gənclər: dayanıqlı gələcək naminə” mövzusunda keçirdiyi tədbirdə çıxışı zamanı deyib. O, insanlar arasında körpü yaratmağa çalışdıqlarını da bildirib: “Son bir neçə ay ərzində bizim təhsilə həsr olunan bir neçə tədbirimiz təşkil olunub.

Azərbaycanda əhalinin gəlirləri artdı

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 73 milyard 705,9 milyon manat və ya hər nəfərə orta hesabla 7196,8 manat olmuşdur. Bu barədə Primeinfo.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 64793,6 milyon manat təşkil edib.

Bu ölkə ilə Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Tarixi, mədəni, dini, linqvistik və etnik yaxınlıqlar nəzərə alınaraq, iki ölkə xalqları arasında qarşılıqlı səfərlərə böyük və davamlı maraq müşahidə olunur ki, son illərin statistik göstəriciləri bu faktı təsdiqləməkdədir. Primeinfo.az xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu APA-ya müsahibəsində deyib. Səfirin sözlərinə görə, turizmin hərtərəfli inkişafı üçün xalqların bir-birini daha yaxından tanıması ilə yanaşı, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi əsas və zəruri şərtdir.

Karateçimiz İslamiadanın qalibi olub

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Mərkəzi Asiyadan Azərbaycana turist axını azalıb 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Mərkəzi Asiya ölkələrindən 162 106 turist gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 % azdır (180 528 nəfər). Primeinfo.az Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Qazaxıstandan 78 127 (il ərzində azalma 9,5 %), Özbəkistandan 44 490 (-9 %), Türkmənistandan 24 029 (-27,2%), Qırğızıstandan 8 243 (-5,4 %), Tacikistandan 7 217 turist (+18,4 %) gəlib. Qeyd edək ki, bu ilin hesabat dövründə Azərbaycana 1 milyon 948 min 380 əcnəbi səfər edib, bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,76 % azdır (1 milyon 983 min 274).

Avstraliya parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Avstraliya federal parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu yaradılıb. Bu barədə Primeinfo.az-a Azərbaycanın Avstraliya səfirliyinin X sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Diplomatik nümayəndəlikdən qeyd edilib ki, qrupun həmsədrləri Səhiyyə, Yaşlılara və Əlillərə Qulluq üzrə Daimi Komitənin sədri Mayk Frilender və Ticarət və İnvestisiyalar üzrə Birləşmiş Daimi Komitənin sədr müavini Rik Uilson olublar.

Azərbaycan UNESCO komitəsinə üzv seçildi

Bu gün Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında Azərbaycan 2025–2029-cu illər üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib.