Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verilib. Primeinfo.az xəbər verir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. Məlumata görə, Səbail Rayon Məhkəməsində onlar barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli həll üçün ümid yaradır. Primeinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə III Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib. Lukaşenkonun sözlərinə görə, son dövrlərdə bir sıra uzunmüddətli münaqişələrin həlli istiqamətində irəliləyişlər əldə olunub və bu, regionda davamlı sülhün təmin olunması üçün önəmli addımdır.
25-26 oktyabr 2025-ci il tarixində Vyetnamın paytaxtı Hanoy şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikası adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.
Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.
“3+3” platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. “İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik”, – nazir qeyd edib.
Gələn ay İran və Rusiya arasında Rəşt–Astara dəmir yolunun tikintisinə dair saziş imzalanacaq. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib. Nazirin sözlərinə görə, bu layihə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması və region ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.
Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Primeinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, bu sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli “yaşıl keçid”in təşviqi kimi strateji prioritetləri ehtiva edir.