Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azerbaycan

Azərbaycan və NATO nümayəndələri görüşüb

NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi proqramı” (DEEP) çərçivəsində DEEP-in distant təhsil üzrə mütəxəssisləri ilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndələri arasında ilkin qiymətləndirmə görüşü keçirilib.

Axtarışda olan Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək

İstintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Azərbaycan və BƏƏ xüsusi təyinatlılarının birgə təlimi keçirilir

İkitərəfli əməkdaşlıq planına əsasən, ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Oktyabrın 21-də təşkil edilən təlimin təntənəli açılış mərasimində Azərbaycanın və BƏƏ-nin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Avropa Birliyi Şurasının “Regionlararası təhlükəsizlik və əlaqə” mövzusunda xarici işlər nazirlərinin iclası keçiriləcək. Primeinfo.az xəbər verir ki, görüşdə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, Türkiyə xarici işlər naziri Hakan Fidan və Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan nümayəndələrinin iştirakı gözlənilir. Oktyabrın 19-20-də Lüksemburq şəhərində baş tutacaq iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq.

Azərbaycan Ukraynaya məğlub oldu

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Ukrayna yığması ilə üz-üzə gələcək. Primeinfo.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 22:45-də start götürəcək matça aşağıdakı heyətlə çıxacaq: Ukrayna: 12. Anatolo Trubin, 2.