Putinlə İlham Əliyevin görüşünün gündəliyi açıqlandı
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev oktyabrın 9-da Düşənbədə görüşəcəklər.
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev oktyabrın 9-da Düşənbədə görüşəcəklər.
Azərbaycan Prezidenti Qəbələdə Macarıstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb. Primeinfo.az xəbər verir ki, Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının önəminə toxundu. Söhbət zamanı bu ilin mayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü məmnunluqla xatırlandı.
Füzuli Məcidli Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinə yeni müşavir təyin edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Report diplomatik nümayəndəliyə istinadən məlumat yayıb. Həmçinin bu, Xarici İşlər Nazirliyinin rəsmi saytında Azərbaycanın Türkiyədəki Səfirliyinin heyəti barədə yerləşdirilən məlumat bölməsində də öz əksini tapıb.
İstanbula uçan təyyarə Bakıda məcburi eniş etdi
“Turkish Airlines” aviaşirkətinə məxsus, Aşqabad – İstanbul marşrutu üzrə hərəkət edən “Airbus A321” təyyarəsinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Bu barədə aeroportdan bildirilib. Verilən məlumata görə, təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib.
Sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının razılaşdırdığı əsasnaməyə uyğun olaraq, Almatı bəyannaməsi çərçivəsində aparılacaq.
Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair ümumi tələblər təkmilləşdirilir.