Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQ komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “PIMEC – 2025” 11-ci Beynəlxalq Dəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinə səfər edib. Bu barədə APA-ya Müdafiə nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirilib.
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə Azərbaycana səfər etməyi planlaşdırır.
“The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib. Primeinfo.az xəbər verir ki, EIU ölkə iqtisadiyyatındə gələn il 3% civarında iqtisadi artım olacağını proqnozlaşdırıb. EIU-nun qiymətləndirməsinə əsasən, Azərbaycan 2026-cı ildə sabit, lakin artım potensialı olan iqtisadiyyatlar qrupuna daxildir.
“Azərbaycanla sülh qurulub. İndi biz qalan komponentlər üzərində işləyirik”.
Avqustun 8-dən etibarən Ermənistan və Azərbaycan indiyədək əldə edilmiş tərəqqinin möhkəmləndirilməsi və dialoqun dərinləşdirilməsi üçün məqsədyönlü səylər göstəriblər.
“Azərbaycanın Serbiyadakı Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində baş vermiş və Türkiyə vətəndaşlarının, həmçinin bir nəfər Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən iğtişaşlar ilə əlaqədar yayılan məlumatları diqqətlə izləyir”.
Azərbaycan “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Respublika Günü münasibətilə təbrik edib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, bu gün yenidən qurulan Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanı yola salınıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 91 ailə – 366 nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə isə 17 ailə – 83 nəfər köçürülüb.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib. Primeinfo.Az xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub. “29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 102-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.