“Avronest” Parlament Assambleyasının Gürcüstanla bağlı qətnaməsini imzalayanlar arasında erməni deputatların da olmasından təəssüflənirik. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani deyib. O bildirib ki, sənədi imzalayan erməni deputatlar öz baş nazirlərinə etimad göstərməyiblər: “Qətnaməni əvvəllər oxşar sənədləri qəbul etmiş və Gürcüstana qarşı düşmən mövqe tutmuş Avropa Parlamentinin eyni nümayəndələri dəstəkləyib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi Ermənistanda 4,2 bal gücündə zəlzələ qeydə alındığını bildirib. Primeinfo.az-ın xəbərinə görə, zəlzələ Türkiyənin Qars vilayətinin Akyaka bölgəsində də hiss olunub.
Ermənistanda Aqartsin monastırı yaxınlığında tələbələrin olduğu sərnişin avtobusu aşıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 18 nəfər yaralanıb.
İran Ermənistana və Gürcüstana yeni səfirlər – Xəlil Şirqulami və Əli Mocanini təyin edib. Primeinfo.az IRNA-ya istinadən məlumatına görə, onları İranın xarici işlər naziri Abbas Əraqçi Şərqi Azərbaycan əyalətinin iqtisadi məsələlərinə dair müşavirə zamanı təqdim edib.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli həll üçün ümid yaradır. Primeinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə III Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib. Lukaşenkonun sözlərinə görə, son dövrlərdə bir sıra uzunmüddətli münaqişələrin həlli istiqamətində irəliləyişlər əldə olunub və bu, regionda davamlı sülhün təmin olunması üçün önəmli addımdır.
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.
“3+3” platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. “İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik”, – nazir qeyd edib.
Hazırda ABŞ-la “Tramp yolu” layihəsinin həyata keçirilməsi istiqamətində intensiv iş aparılır.
Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib.
Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Andranik Simonyan Gürcüstana səfər edib. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan DTX-dan bildirilib. Gürcüstan DTX-nın rəhbəri Mamuka Mdinaradze erməni həmkarını qəbul edib.