Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ETX

ETX: "Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb"

Azərbaycan vətəndaşlarına qarşı yönəlmiş genişmiqyaslı fişinq kampaniyası aşkar edilib. Bu barədə Primeinfo.az-a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib. Qeyd edilib ki, kampaniya çərçivəsində ümumilikdə 580-ə yaxın unikal Azərbaycan domeninə aid e-poçt ünvanına, eləcə də 12 000-dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ e-poçt ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib.

ETX məktəblilər üçün təlim keçirdi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məktəblilərin kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsiz davranış prinsipləri barədə maarifləndirilməsini davam etdirir. ETX-dən Primeinfo.az-a verilən məlumata görə, təkcə cari ilin mart ayı ərzində “Ankara Məktəbi” məktəb-lisey, 263 və 164 nömrəli tam orta məktəblər, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, eləcə də Dünya Məktəbində təşkil olunan maarifləndirmə tədbirlərində 300-ə yaxın şagird iştirak edib. Elm və Təhsil Nazirliyi, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən görüşlərdə ETX əməkdaşları “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan təhlükəsiz istifadə” mövzularında təqdimatlarla çıxış ediblər.

ETX-nin komandası beynəlxalq kiber yarışda uğurlu nəticə göstərib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) “NULLCERT” komandası Belarus Respublikasının Prezidenti yanında Operativ-Analitik Mərkəzin dəstəyi və Milli Trafik Mübadiləsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən onlayn kiber yarışda iştirak edib. Bu barədə Primeinfo.az-a ETX-dən məlumat verilib. Məlumata görə, Belarus Respublikasının Prezidenti yanında Operativ-Analitik Mərkəzin dəstəyi və Milli Trafik Mübadiləsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan təmsilçiləri üç mərhələdən ibarət mübarizədə 57 komanda arasında 4-cü yerə layiq görülüblər.

"Adımızdan istifadə edən tədris mərkəzlərinə inanmayın!" - ETX 

“Son günlər bəzi özəl tədris mərkəzləri tərəfindən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) adından istifadə olunaraq kursların keçirilməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır”. Primeinfo.az-a bu barədə ETX-dən bildirilib. “Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.

ETX-də Yaponiyanın Milli CERT-nin nümayəndələri ilə görüş keçirilib - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) nümayəndə heyətləri arasında görüş keçirilib.  Bu barədə Priminfo.az-a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib. Görüşdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

ETX bir sıra dövlət və özəl qurumlara kiberhücumların qarşısını alıb

Elektron Təhlükəsizlik Xidməti (ETX) “Narketing163” adlı qruplaşmanın ölkəmizə qarşı həyata keçirdiyi kiberhücum cəhdlərini aşkarlayaraq qarşısını alıb. Primeinfo.az-a bu barədə ETX-dən məlumat verilib. Bildirilib ki, ETX-nin apardığı texniki analiz və indikatorlar üzrə korrelyasiya təhlili nəticəsində qeyd olunan hücumların daha əvvəl də Azərbaycana qarşı yönəldildiyini təsdiqləyən sübutlar müəyyən edilib.

ETX-də Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində (ETX) Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsi, Dövlət Texniki Xidməti və Milli Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Primeinfo.az-a bu barədə ETX-dən məlumat verilib. Bildirilib ki, görüşdə kibertəhlükəsizlik sahəsində çağırışlar, mövcud risklər və bu sahədə tətbiq olunan yanaşmalar barədə fikir mübadiləsi aparılıb.

Ötən il 429 internet resursuna giriş məhdudlaşdırılıb - ETX

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) qanunvericiliyin tələblərinə uyğun olaraq rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi, vətəndaşların hüquqlarının qorunması və qanunsuz məzmunun yayılmasının qarşısının alınması istiqamətində monitorinq və nəzarət tədbirlərini davam etdirir. Primeinfo.az xəbər verir ki, bu barədə ETX məlumat yayıb. Ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdən və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də Xidmətin apardığı monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatına məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ərazisində giriş məhdudlaşdırılıb.

ETX kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Bayram Şirinov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Cybertech Global 2026” beynəlxalq konfransında iştirak edib. Elektron Təhlükəsizlik Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, konfransda qlobal kibertəhlükəsizlik landşaftının transformasiyası və yeni nəsil müdafiə texnologiyaları müzakirə edilib. Həmçinin süni intellekt əsaslı kibermüdafiə sistemləri və orkestrasiya platformaları, agent əsaslı təhlükəsizlik arxitekturası kimi innovativ yanaşmalar təqdim edilib.