Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Sənan Vəlizadə Yaponiyanın paytaxtı Tokioda keçirilən “Japan Security Analysis Conference 2026” (JSAC 2026) beynəlxalq tədbirində iştirak edib. ETX-dən Primeinfo.az-a bildirilib ki, Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) təşkilatçılığı ilə baş tutan tədbir müasir kibertəhdid kampaniyaları, APT qruplaşmalarının fəaliyyəti, zərərli proqramların təhlili və kibertəhlükəsizlik insidentlərinə reaksiya mexanizmləri kimi aktual mövzulara həsr olunub. Konfrans çərçivəsində fişinq hücumları, MitM texnikaları, RAT və C2 infrastrukturlarının təkamülü ilə bağlı real hadisələr üzrə nümunələr təqdim edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinqlər nəticəsində “İnstagram” sosial şəbəkəsində sürücülük təlimi ilə məşğul olan şəxslərin üç mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib. Primeinfo.az-a bu barədə ETX-dən məlumat verilib. Bildirilib ki, qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması onların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb.
Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) “Telegram” və “WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir. Bu barədə Primeinfo.az-a Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir çox hallarda istifadəçilər tərəfindən əlavə təhlükəsizlik imkanlarından istifadə olunmur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) süni intellekt texnologiyalarının etik, məsuliyyətli və təhlükəsiz istifadəsinə dair ölkə üzrə universitetlərdə maarifləndirici seminarlara başlayıb. ETX-dən Primeinfo.az-a bildirilib ki, bu çərçivədə ilk görüşlər Azərbaycan Dövlət İqtisad və Azərbaycan Texniki universitetlərində təşkil edilib. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üzrə Süni İntellekt Strategiyası”nın icrası çərçivəsində keçirilən seminarın əsas məqsədi gənclər arasında məsuliyyətli texnoloji yanaşmanın formalaşdırılmasından ibarətdir.
Bir elanda “iş imkanı”, bir klikdə “ödənişsiz Wi-Fi”, bir e-poçtda “maaş artımı”, bir paylaşımda “sərfəli kampaniya”… kibertəhlükələr çox vaxt ən güvəndiyimiz yerlərdə qarşımıza çıxır. Primeinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatında bildirilib.
Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə “Telegram” vasitəsilə “Temu 1106” adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur. Bu barədə Primeinfo.az-a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib. Qeyd edilib ki, “Temu iş təklifi” adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.
Bu gün “Cloudflare”in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə “Cloudflare”xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib.
Elektron Təhlükəsizlik Xidməti zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib Elektron Təhlükəsizlik Xidməti ölkə üzrə bəzi informasiya sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ keçirilməsini təmin edən “infostealer” tipli zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib. İlkin təhlil nəticəsində ölkə üzrə 859 kompüterin sistemi sözügedən zərərli proqram təminatına yoluxub və həmin sistemlərdən 54 924 ədəd istifadəçi adı və şifrə məlumatı ələ keçirilib. Hazırda Xidmət məlumatların təhlili, potensial qurbanların müəyyən edilməsi, eyni zamanda mümkün təsir dərəcəsinin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində metodoloji dəstəyin göstərilməsi üzrə aktiv fəaliyyət aparır.
Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur.
Bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində “WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri son dövrlərdə artıb. Primeinfo.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Bildirilib ki, kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar.