İçərişəhər ərazisində qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür. Bu barədə Primeinfo.az-a İdarənin Mətbuat Xidmətindən bildirilib. Bildirilib ki, mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək: “Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Azərbaycan səfəri çərçivəsində Bakının tarixi mərkəzi olan İçərişəhərni ziyarət edib. Primeinfo.az xəbər verir ki, UNESCO Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərdə keçirilən səfər zamanı ərazinin qorunması istiqamətində görülən işlər və tarixi-mədəni irsin yaşadılmasına yönəlmiş tədbirlər yerində araşdırılıb. Nazir Mustafa Çiftçi çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yalnız siyasi və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını bildirib.
İçərişəhər və Qala qoruqlarında “Ağıllı Qoruq” inkişaf modeli tətbiq olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verilib. Bildirilib ki, qoruqların idarə edilməsində “Ağıllı Qoruq” inkişaf modelinin tətbiqi nəzərdə tutulur.
31 oktyabr – 2 noyabr tarixlərində İçərişəhərdə Zeytun Festivalı keçiriləcək. Primeinfo.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir. Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər, rəssamların açıq hava plenəri, həmçinin sərgilər təşkil olunacaq.