İçərişəhər ərazisində qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür. Bu barədə Primeinfo.az-a İdarənin Mətbuat Xidmətindən bildirilib. Bildirilib ki, mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək: “Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.
Bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”nə yeni məzmunda yarımbənd əlavə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. Belə ki, yeni 3.1.16-3-cü yarımbəndə əsasən, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq, qoruqların ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə verməlidir.