Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ilham eliyev

Zəfər muzeyi bu tarixdən etibarən ziyarətçilər üçün açıq olacaq

Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq. Primeinfo.az xəbər verir ki, muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunub. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib.

İlham Əliyev: "Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil"

Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Primeinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib. “2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən vəd etmişdim ki, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı azad edəcəyik.

Azərbaycan lideri: "Bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik"

Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Primeinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib. Dövlət başçısı vurğulayıb: “44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edilib.

Bakıda Zəfər muzeyinin açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.