Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətləri Azərbaycan Biznesinin İnkişafı Fonduna həvalə edilib

İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətləri Azərbaycan Biznesinin İnkişafı Fonduna həvalə edilib

Prezident İham Əliyev Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Primeinfo.az xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) həvalə edilib. Həmçinin Bu Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılması, mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond tərəfindən təmin edilib.

Sloveniya Prezidenti İlham Əliyevi təbrik edib

Sloveniya Prezidenti İlham Əliyevi təbrik edib

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.

Prezident: "Təmiz ətraf mühit hədəfi beş əsas milli prioritetdən biridir"

Prezident: "Təmiz ətraf mühit hədəfi beş əsas milli prioritetdən biridir"

Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli prioritetdən biri kimi müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.   Qeyd olunub ki, bu prioritetə uyğun olaraq, yaşıllıqların və meşə sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və tullantıların idarə olunması məqsədilə müasir infrastrukturun yaradılması üçün məqsədyönlü səylər göstərilir.