Prezident İlham Əliyev Niderlandın Baş naziri Rob Jetten ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.
İlham Əliyev “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşada keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.
Prezident İlham Əliyev Donald Trampın Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın qurulmasında və dərinləşməsində əvəzsiz rol oynadığını və bunu yüksək qiymətləndirdiyini bildirib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev ABŞ Prezidentinə 80 illiyi münasibətilə ünvanladığı təbrikində keçən ilin avqust ayında Ağ Evdə Trampla tarixi görüş zamanı başlanmış və altı ay sonra ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri çərçivəsində başa çatmış Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırdığını vurğulayıb.
Prezident İlham Əliyev 80 illik yubileyi münasibətilə ABŞ prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib.
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Milli Məclis 15 iyun – Milli Qurtuluş günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
“Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı BŞİH-dən alınıb, Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərmanında əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməlidir.