Azərbaycan Prezidenti İlham Əliyev Serbiya lideri Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram. Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib.
Xəbər verdiyimiz kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələr keçirilib. Primeinfo.az xəbər verir ki, Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva müzakirələrdə iştirak ediblər.
“Bilirsiniz, hüquqi məsələlərə gəldikdə, Ermənistan konstitusiyası ilə bağlı məsələdə mən təfərrüata çox getmək istəməzdim. Siz burada qeyd etdiniz, müstəqillik haqqında bəyannaməyə gəldikdə, Ermənistanın mətnində Azərbaycana ərazi iddiaları var. Bu, preambulada yazılıb”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələr keçirilir.
“Fransa ilə problemlərin kökü bizdən gəlmir. İkinci Qarabağ müharibəsindən əvvəl Fransa ilə çox yaxşı münasibətlərimiz var idi. Prezident Sarkozinin, Prezident Ollandın səfərləri olmuş, mənim Fransaya rəsmi səfərlərim həyata keçirilmişdir.
Azərbaycan Prezidenti Azərbaycandan Fransaya qarşı səsləndirilən fikirlərlə bağlı iddialara reaksiya verib.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Armin Laşetlə görüşləri məmnunluqla xatırlanıb. Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
İlham Əliyev Azərbaycan və Ermənistan arasında bu il sülh müqaviləsinin imzalanmasının gözlənilib-gözlənilmədiyinə aydınlıq gətirib.