Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

İran diplomatları sığınacaq istəyirlər

İran İslam Respublikasının Danimarka və Avstraliyadakı iki diplomatı sığınacaq üçün müraciət edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, xəbər verir ki, İranın Kopenhagen şəhərindəki səfirliyinin diplomatı Əlirza Soxbati və ölkənin Kanberra şəhərindəki səfirliyində çalışan diplomat Məhəmməd Purnəcəf sığınacaq istəyiblər. Məlumata əsasən, Purnəcəf daha əvvəl İranın Avstraliyadakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini də icra edib.

Xamneyi bacısı və həyat yoldaşının ölümündən danışdı

İranın yeni ali lideri Müctəba Xamneyi həyat yoldaşı və bacısının ABŞ-İsrail əməliyyatı zamanı həlak olduğunu təsdiqləyib. Primeinfo.az xəbər verir ki, onun bəyanatı İran dövlət televiziyası tərəfindən yayımlanıb. “Ölümü ictimaiyyətə açıqlanan atamla yanaşı, sevimli və sədaqətli həyat yoldaşım, ata-anasına xidmət edən, layiqli mükafatını alan sədaqətli bacım və azyaşlı övladı da şəhid oldu”, – o qeyd edib.

İrandan gətirilən portağalda uyğunsuzluq aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İrandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 min 200 kiloqram portağal məhsulundan nümunələr götürülüb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə – “Sitrus qırmızısı -2” üzrə uyğunsuzluq aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

İran bütün dünyanı təhdid etdi: “Neft 200 dollar olacaq!”

İran dünya bazarlarını ciddi enerji böhranı ilə hədələyib. Primeinfo.az-ın məlumatına görə, ölkənin hərbi rəhbərliyinin nümayəndəsi İbrahim Zolfaqari bildirib ki, regiondakı təhlükəsizlik vəziyyəti dəyişməzsə, neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər. Qeyd edək ki, İran qüvvələri Hörmüz boğazı yaxınlığında bir neçə ticarət gəmisinə atəş açıb.

Hörmüz boğazında sular durulmur - ARAŞDIRMA

İrandakı rejimin Hörmüz boğazıyla bağlı siyasəti dəyişməyib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Hörmüz boğazının ya hamı üçün sülh və inkişaf boğazı, ya da müharibəni qızışdıranlar üçün məğlubiyyət və əzab boğazı olacağını bildirib.