Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

İranda Süleymaninin heykəli yandırıldı - VİDEO

İranın İsfahan ostanının Kaşan şəhərində Qasım Süleymaninin heykəli yandırılıb. Primeinfo.az xəbər verir ki, hadisə davam edən etirazlar fonunda baş verib. Fars əyalətinin Çenar Şahican şəhərində isə Qasım Süleymaninin heykəlinin söküldüyü bildirilib.

İran xarici işlər nazirinin müavini Ermənistana səfər edəcək

Yanvarın 7-də İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi siyasi məsləhətləşmələr çərçivəsində Ermənistana səfər edəcək. Bu barədə Primeinfo.az İran KİV-ə istinadən məlumat verib. Məlumata görə, səfər çərçivəsində Təxt Rəvançinin iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında siyasi məsləhətləşmələr aparmaqla yanaşı Ermənistanın digər rəsmiləri ilə də görüşlər keçirəcəyi gözlənilir.

İranda davam edən etirazlarda 35 nəfər ölüb

İranda davam edən etirazlarda ölənlərin sayı 35 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb. Bildirilib ki, ümumilikdə 1200-dən çox insan polis tərəfindən saxlanılıb.