Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İran İslam Respublikası

İran hərbi təlimlərə başladı

İran hərbi təlimlərə başladı

İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazı, eləcə də Kəngər və Oman körfəzi sularında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Primeinfo.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, iki gün davam edəcək manevrlər bölgədə ABŞ ilə gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir. İran tərəfi təlimlər zamanı canlı atəş açılacağını bildirərək, boğaz üzərindəki hava məkanının uçuşlar üçün təhlükəli olduğunu elan edib.

İranda internet bərpa olundu

İranda internet bərpa olundu

İran daxilində etirazlar səbəbindən 8 yanvarda kəsilən internet bağlantısı tam şəkildə bərpa olunub. Primeinfo.az xəbər verir ki, İranın xəbər saytları da normal fəaliyyətə keçib. Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında tacirlərin rəhbərliyi ilə başlayan etirazlar yerli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən ölkənin müxtəlif bölgələrinə yayılıb.

Trampdan sərt mesaj: ABŞ İrana Venesueladan da böyük qüvvə yönəldir - FOTO

Trampdan sərt mesaj: ABŞ İrana Venesueladan da böyük qüvvə yönəldir - FOTO

ABŞ prezidenti Donald Trump İrana yönəlik hərbi hazırlığın miqyasının Venesuela böhranı zamanı cəmləşdirilən qüvvələrdən də daha böyük olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qeyd edib ki, Vaşinqton İranla razılaşmaya ümid edir, lakin hadisələrin başqa istiqamətdə inkişafına da hazırdır: “ABŞ İrandan razılaşma gözləyir. Amma alternativ ssenarilərə də tam hazırıq”.

Tehranda sığınacaqlar yaradılır

Tehranda sığınacaqlar yaradılır

Tehranda sığınacaqlar yaradılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Tehran meri Əlirza Zakani ILNA-ya müsahibəsində bildirib. O, xəbərdarlıq sistemlərinin də yaradılacağını qeyd edib.

ABŞ İranın daxili işlər nazirinə qarşı sanksiya tətbiq edib

ABŞ İranın daxili işlər nazirinə qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın daxili işlər naziri İskəndər Momeni və ölkənin bir sıra digər məmurlarına qarşı yeni sanksiyaların tətbiq edildiyini bildirib. Primeinfo.az  “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Sanksiya siyahısına həmçinin iranlı investor Babək Zəncani də daxil edilib.

Azərbaycan İrana hücum ehtimalından narahatdır

Azərbaycan İrana hücum ehtimalından narahatdır

ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır, lakin Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində bildirib. “Vəziyyət proqnozlaşdırılmazdır və bununla əlaqədar yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq”, – o deyib.

İran Trampa ultimatum göndərdi

İran Trampa ultimatum göndərdi

“İran yalnız Amerika prezidenti Donald Tramp İslam Respublikasına qarşı növbəti hücumlarla hədələməsini dayandıracağı təqdirdə ABŞ-la danışıqlara hazırdır. Primeinfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı bildirib. “Ədalətli olması şərtilə, biz bu danışıqlarda iştirak etməyə hazırıq, lakin İran heç vaxt öz raket proqramı ilə bağlı danışıqlar aparmayacaq, çünki biz heç bir halda diktə və ya məcburiyyətə dözməyə hazır deyilik”, – diplomat vurğulayıb.

İran Aİ ölkələrinin silahlı qüvvələrini terror təşkilatlarının siyahısına daxil edəcək

İran Aİ ölkələrinin silahlı qüvvələrini terror təşkilatlarının siyahısına daxil edəcək

İran Avropa İttifaqı (Aİ) ölkələrinin silahlı qüvvələrini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı oxşar tədbirin cavabı olaraq terror təşkilatlarının siyahısına daxil edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İranın təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmisi Əli Laricani “X”də yazıb. “Avropa İttifaqı, şübhəsiz ki, İran parlamentinin qətnaməsinə uyğun olaraq, SEPAH-a qarşı Aİ-nin son qətnaməsində iştirak edən ölkələrin ordularının terror təşkilatları hesab ediləcəyini bilir.

"Çin İranı heç vaxt dəstəkləməyəcək"- RƏY - VİDEO

"Çin İranı heç vaxt dəstəkləməyəcək"- RƏY - VİDEO

“İranda hakimiyyət dəyişilsə də, Çin o hakimiyyətlə işləmək istəməyəcək. Ona görə də Çin İranın vurulmasına, blokadaya alınmasına indiyə qədər ciddi reaksiya verməyib. Çin İranı heç vaxt dəstəkləməyəcək”.