ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyata hazırlığı maksimum mərhələyə çatıb. Primeinfo.az xəbər verir ki, hərbi-analitik dairələrin qiymətləndirməsinə görə, Vaşinqton zərbə ssenarisini icraya hazır vəziyyətə gətirib və yaxın saatlar həlledici ola bilər. Məlumata görə, ABŞ tərəfi İranın İsfahan bölgəsi üzərində hava məkanının bağlanması ilə bağlı pilotları məlumatlandırmağa hazırlaşır.
İranda son etirazlar nəticəsində 305 təcili yardım maşını və avtobus, 24 yanacaqdoldurma məntəqəsi, 300 fərdi ev, 700 mağaza, 750 bank, 414 dövlət binası, 749 polis bölməsi, 120 Bəsic mərkəzi, 200 məktəb, 350 məscid, 15 kitabxana, 2 erməni kilsəsi, 800 bankomat və 800 şəxsi avtomobilə ziyan dəyib.
“ABŞ-nin İranda əsas istəyi hakim elitanı dəyişmək, özünə loyal olan qüvvələrin hakimiyyətə gətirilməsidir”.
Vaşinqton İranı yaxından izləyir və hərbi gəmilər daxil olmaqla, bölgəyə əhəmiyyətli qüvvələr göndərir. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. “Bu istiqamətdə çoxlu sayda gəmi hərəkət edir, böyük bir donanma irəliləyir.
İran hakimiyyəti xarici saytlara girişə qoyulan məhdudiyyətləri aradan qaldırmağa başlayıb.
İranda fəaliyyət göstərən keçmiş səfirlərimiz çıxış edərkən oradakı real vəziyyəti açıqlayırlar.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan İran İslam Respublikasına təqribən 34,453 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Primeinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 979 min ABŞ dolları olub. İrana elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 806 min kVt/saat və ya 2,4%, dəyər ifadəsi ilə 23 min ABŞ dolları, yaxud 2,4% artıb.
İran danışıqlar aparmaq istəyir və ABŞ da bu ölkə ilə danışıqlar aparmaq niyyətindədir. Primeinfo.az-ın məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində çıxışı zamanı bildirib.
“ABŞ gəmiləri İrana yaxınlaşır. Yəqin ki, bu gəmilər 1 həftəyə, 10 günə İran sahillərində olacaq”.
İran Prezidenti Məsud Pezeşkian ölkə rəhbərliyinin idarəetmədə yol verilmiş səhvləri açıq şəkildə etiraf etməli və onların aradan qaldırılması istiqamətində real addımlar atmalı olduğunu bildirib. Onun sözlərinə görə, mövcud problemlərin inkar edilməsi və məsuliyyətin başqalarının üzərinə atılması müsbət nəticə verməyəcək. Primeinfo.az-ın məlumatına görə, Prezident vurğulayıb ki, əhalinin, xüsusilə də yoxsul və həssas sosial qrupların şikayət və tələblərinin görməzlikdən gəlinməsi cəmiyyətdə narazılığın artmasına səbəb ola bilər.