2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müsahibə mərhələsi başa çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb.
Özəl sektorda çalışan şəxslər üçün tətbiq edilən vergi güzəşti 7 ildən sonra ləğv olunsa da, DSMF ayırmalarına tutulan məbləğdə heç bir dəyişiklik gözlənilmir. Primeinfo.az bildirir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Belə ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan 8000-ə qədər olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur.
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əmək haqları artırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilib.